“Qəbələ” döyüşçüsündən növbəti qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Alim Nəbiyev növbəti qələbəsini qazanıb. 

Newsport.az-ın məlimatına görə, Nəbiyev 2017-ci ildə ilk döyüşünü Çində keçirib. 

Alim kikboksinq üzrə “Kunlun Fight” turnirinə uğurla start verib. O, çinli idmançı Çanq Yanqla qarşılaşıb. 

İdmançımız hər üç raundda rəqibindən üstün olduğu döyüşdən 30:27 hesablı qələbə ilə ayrılıb. Bununla da Nəbiyev “Kunlun Fight”ın dünya çempionu titulu uğrunda növbəti turnirdə mübarizə aparmaq imkanı qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right