İdmançılarımın Dünya Çempionatının ilk günündə medalsız qaldılar

Bu gün dünya çempionatına start verilib

Newsport.az-ın məlumatına görə, yarışın ilk günü iki təmsilçimiz mübarizəyə qatılıb.

Qadınların mübarizəsində Safiye Polat (-46 kq) ilk rəqibi Nigeriyalı Josefine Esukuya böyük hesabla (15:6) qalib gəlsə də növbəti döyüşdə Türkiyəli idmançı Rukiye Yıldırıma (5:8) məğlub olaraq yarışmanı başa vurub.

Kişilər arasında -54 kq çəki dərəcəsində yarışa qatılan Qaşım Maqomedov Livanlı Georgies Nakhleyə şans verməyərək (17:1) yaışdan kənarlaşdırıb. İkinci döyüşündə isə rəqib İtalya təmsilçisi Vita Della Aqulla həmyerlimizdən üstün olub. Qaşım bu qarşılaşmadan 10:20 hesablı məğlubiyyətlə ayrılaraq çempionatda iştirakını dayandırmalı olub.

Beləliklə, çempionatın ilk günü komandamız üçün başa çatıb. Sabah daha iki taekvondoçumuz mübarizəyə qatılacaq. Qadınlardan Patimat Abakarova (-49 kq), kişi taekvondoçulardan isə Sina Bahrami (-74 kq) medallar uğrunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right