İdmançımız Dünya Çempionatında 7-ci yeri tutdu

15-23 iyun tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçiriləcək.

Newsport.az-ın məlumatına görə, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Onlardan son olaraq Hüseyn İsmayılov 94 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Atletimiz bu çəkinin B qrupunda çıxış edib.

O, birdən qaldırma hərəkətində 154 kq, təkanla qaldırma hərəkətində isə 180 kq-ı ram edib. Toplam 334 kq (154+180) nəticə ilə bu qrupda 1-ci yeri tutub.

A qrupundakı çıxışlar başa çatandan sonra Hüseyn İsmayılovun dünya çempionatının yekun sıralamasında 7-ci yeri tutduğu dəqiqləşib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right