Colion Palmer: “Bakı trası sürücülər üçün asan deyil”

Formula-1 yarışlarının "Renault" komandasının sürücüsü Colion Palmer Azərbaycan Qran Prisi haqda danışıb.
 
Newsport.az-ın məlumatına görə, ingiltərəli pilot Bakı Şəhər Halqasının Monako trasındab daha geniş olduğunu bildirib:
 
“BŞH şəhər çox sürətli olması və ötmələrə imkan verməsi ilə fərqlənən trasdır. İkinci sektor çox dardır, yoxuşlu və enişli sahələri var. Buna görə də sürücülər üçün asan deyil. Bir qayda olaraq, şəhər traslarında hər bir səhv qəza ilə nəticələnir, buna görə də ayıq-sayıq olmalıyıq. Qala divarlarının yanını nəzərə almasaq, Monako trasından daha genişdir. Düzgün trayektoriyanı tutmaq üçün hasarların yaxınlığından keçməli oluruq.
 
Hava küləkli və isti olacaq – bu da öz təsirini göstərə bilər. Müasir Formula-1 maşınları küləyə qarşı çox həssasdırlar. Kanadadakı yarışda da arxa düzlükdə güclü külək var idi. Bakı dəniz kənarında yerləşir – güclü briz ola bilər. Sürətli və mürəkkəb olan yeni traslara alışmaq həmişə asan olmur. Sazlanmalar üzərində yaxşı işləmək lazımdır. Keçən il yarışı son yerdən başlasam da, 15-ci yerdə başa vurmuşdum. Sürətli dövrələrə görə də səhv etmirəmsə, protokollarda səkkizinci idim. Bu, pis nəticə deyildi. Səbirsizliklə Bakıya qayıtmağı gözləyirəm və ümid edirəm ki, keçənilki təcrübəm mənə kömək edəcək”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right