Ağır atletlərimiz dünya çempionatında mübarizəyə başladılar

15-23 iyun tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçirilir.

Newsport.az-ın məlumatına görə, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Onlardan Kənan Xəlilov və Məhəmməd Məmmədli 62 kq çəki dərəcəsində mübarizəyə qoşulublar. 

Toplam 250 kq (120+130) nəticə göstərən Kənan Xəlilov bu çəki dərəcəsində 12-ci, toplam 260 kq (115+145) nəticə göstərən Məhəmməd Məmmədli isə 9-cu yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right