Daha 2 boksçumuzun rəqibləri bəlli oldu

Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda Vahid Hambli (Fransa) ilə gücünü yoxlayacaq.

Olimpiya mükafatçımızın rəqibinin adı yarışın startı günü məlum olub. 1/16 finalda Fredi Çiobanunu (Rumıniya) 5:0 hesabı ilə məğlub edən fransalı mərhələ adladığından 1/8 finalda Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan təmsilçimiz Çiobanu ilə iyunun 19-da döyüşəcək.

+91 kq çəki dərəcəsində mübarizə aparacaq Məhəmmədrəsul Məcidov isə 1/8 finalda Petar Belberovla (Bolqarıstan) üz-üzə gələcək. 2 qat dünya çempionumuzun rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Aleksandr Kaleyevi (Belarus) mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib. Məcidovun da ilk görüşü iyunun 19-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right