Pərviz Səmədov: "Avropa Liqasına köklənmişik"

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü Pərviz Səmədov federasiyanın rəsmi feysbuk səhifəsinə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Avroliqada qrupumuzda yer alan rəqiblərimizi dəyərləndirib:

"Bu mərhələdə uğurlu çıxış etməyi qarşımıza məqsəd qoymuşuq. Son aylar təqvim sıxlığı ilə üzləşmişik. Əvvəlcə yığmamız Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandıq. Daha sonra isə Fransanın Lion şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində mübarizə apardı. Təsnifat yarışında Fransa, Almaniya və başqa güclü komandalarla qarşılaşdıq. Seçmə mərhələdə iştirak bizim üçün böyük təcrübə oldu. İndi isə Avropa Liqasına köklənmişik. Özümüzü bu yarışda da ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right