Tural Həsənli: "Avropa Liqasına qələbə ilə başlamaq çox vacibdir"

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Tural Həsənli federasiyanın rəsmi feysbuk səhifəsinə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, O, Avroliqadakı rəqiblərimizi dəyərləndirib:

“Yarımfinala yüksəlmək uğrunda mübarizə aparacağıq. Bunun üçün qrupda ilk 2 yerdən birini tutmaq lazımdır. Fikrimcə, əsas rəqabət Makedoniya ilə gedəcək. Ancaq digər rəqiblər də yetərincə güclüdü. Avropa Liqasına qələbə ilə başlamaq çox vacibdir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right