Azərbaycan millisinin 13-cü cəhdi

Bu gün kişi boksçular arasında 43-cü Avropa çempionatına start veriləcək.

Newsport.az-ın məlumatına görə, Ukraynanın Xarkov şəhərində keçiriləcək qitə birinciliyində Azərbaycan millisi 10 idmançı ilə təmsil olunacaq.

İyunun 26-dək davam edəcək yarış millimizin tarixinə 13-cü Avropa çempionatı kimi düşəcək. Belə ki, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilən analoji yarışdan başlayaraq qitə çempionatlarının daimi iştirakçısına çevrilən komandamız 12 turniri arxada qoyub. Bu müddətdə idmançılarımız 4 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər. 12 çempionatda 18 mükafat qazanan yığmamız son 4 yarışda medalsız qalmayıb.

 

Yığmamızın Avropa çempionatındakı medalları
 

İl

Keçirildiyi yer

Qızıl

gümüş

Bürünc

1993

Bursa (Türkiyə)

1

-

-

1996

Vejle (Danimarka)

-

-

-

1998

Minsk (Belarus)

-

-

-

2000

Tampere (Finlandiya)

-

-

1

2002

Perm (Rusiya)

-

1

-

2004

Pula (Xorvatiya)

-

-

2

2006

Plovdiv (Bolqarıstan)

-

3

1

2008

Liverpul (İngiltərə)

-

-

-

2010

Moskva (Rusiya)

-

1

-

2011

Ankara (Türkiyə)

2

-

1

2013

Minsk (Belarus)

1

1

2

2015

Samokov (Bolqarıstan)

0

0

1

Cəmi

 

4

6

8

 

Yığmamızın 18 medalını 14 boksçu qazanıb. Onlardan 4-ü 2, 10-u isə 1 dəfə fəxri kürsüyə qalxıb. Avropa çempionatının 2 medalına sahib olanlardan biri Elvin Məmişzadə 3-cü uğurunu qazanmağa çalışacaq. Dünya çempionumuz qitə birinciliklərində indiyədək 1 gümüş və 1 bürünc medal əldə edib. Onun kimi Teymur Məmmədov, Salman Əlizadə və Şahin İmranov da 2 dəfə qitənin ən mötəbər yarışından mükafatla dönüb. Teymurun hesabında qızıl və gümüş, Salmanda qızılla bürünc, Şahində isə 2 gümüş medal var. Lakin bu “üçlük”dən heç biri mükafat sayını Xarkovda artıra bilməyəcək. Buna səbəb İmranovun karyerasını bitirməsi, digərlərinin “10-luq”dan kənar qalmasıdır. Əvəzində 2013-cü ildə Minskdə çempionluq yaşayan Məhəmmədrəsul Məcidov növbəti medal uğrunda mübarizə aparacaq.

 

Əvvəlki Avropa çempionatlarında mükafat qazanmış Məmişzadə və Məcidovla yanaşı, daha 7 boksçumuz beynəlxalq yarışlarda millimizin şərəfini qoruyub. Eldar Quliyev (81 kq) isə əsas komandamızla ilk sınağında gücünü yoxlayacaq.

 

İl

Keçirildiyi yer

Çəki dərəcəsi

İdmançı

Medal

1993

Bursa (Türkiyə)

51 kq

Rövşən Hüseynov

Qızıl

2000

Tampere (Finlandiya)

81 kq

Əli İsmayılov

Bürünc

2002

Perm (Rusiya)

57 kq

Şahin İmranov

Gümüş

2004

Pula (Xorvatiya)

69 kq

Ruslan Xairov

Bürünc

 

 

75 kq

Cavid Tağıyev

Bürünc

2006

Plovdiv (Bolqarıstan)

51 kq

Samir Məmmədov

Gümüş

 

 

57 kq

Şahin İmranov

Gümüş

 

 

75 kq

Rahib Bəylərov

Gümüş

 

 

91 kq

Elçin Əlizadə

Bürünc

2010

Moskva (Rusiya)

48 kq

Elvin Məmişzadə

Gümüş

2011

Ankara (Türkiyə)

49 kq

Salman Əlizadə

Qızıl

 

 

91 kq

Teymur Məmmədov

Qızıl

 

 

64 kq

Heybətulla Hacəliyev

Bürünc

2013

Minsk (Belarus)

+91 kq

Məhəmmədrəsul Məcidov

Qızıl

 

 

91 kq

Teymur Məmmədov

Gümüş

 

 

49 kq

Salman Əlizadə

Bürünc

 

 

52 kq

Elvin Məmişzadə

Bürünc

2015

Samokov (Bolqarıstan)

49 kq

Rüfət Hüseynov

Bürünc

 

Qeyd edək ki, Avropa çempionatında yığmamızın şərəfini Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right