Klublarımızın rəqibləri bəlli oldu

Voleybol üzrə "Çelenc Kuboku"nun püşkatma mərasimi keçirilib.
 
Newsport.az-ın məlumatına görə, Azərbaycanı qadınların mübarizəsində təmsil edəcək "Azərreyl"in bəxtinə Rumıniyanın "Stiinta" (Bakau) komandası düşüb.
 
1/16 final mərhələsində ev və səfər prinsipi ilə keçiriləcək görüşlərdən qalib ayrılan komanda növbəti mərhələdə "Sm Aeş Pfeffingen" (İsveçrə) - "Mladost" (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. Oyunlar 12 - 14 dekabr və 9 - 11 yanvarda baş tutacaq.
 
Kişilərdən ibarət "Lokomotiv" isə Kipr "Apoel"inə rəqib olub. İlk oyunlar 21 - 23 noyabrda, cavab görüşləri 28 - 30 noyabrda keçiriləcək. Qalib komanda 1/16 finala yüksələcək. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right