Polşalı formula-1 sürücüsü karyerasını bərpa edir

Sabiq Formula-1 sürücüsü Robert Kubitsa karyerasını bərpa etmək niyyətindədir.
 
Newsport.az-ın məlumatına görə, bu haqda polşalı pilotun özü məlumat verib.
 
32 yaşlı karyerasını davam etdirmək üçün öz üzərində işlədiyini bildirib:
 
 “Hər şeydən əvvəl özümü uşaq kimi hiss etdim. Digər tərəfdən isə çox yaxşı qayıtdım. Elə bil öz evimə qayıtmışam. Özümü yaxşı hiss etdim. Təbii ki, bu mənim üçün yeni başlanğıcdır və bunun nə gətirəcəyini bilmirəm. Bolidi bütöv yarış məsafəsində sürətlə sürə bilirəm. Bunu görmək məni xoşbəxt edir və qürurlandırır. Daha çox test etmək istəyərəm, lakin bu, məndən asılı deyil. Yenə də öz üzərimdə işləməyə davam edəcəm. Ümid edirəm ki, addım-addım inkişaf edib yenidən qayıdaram”.
 
Qeyd edək ki, Roberto Kubitsa 2006-2010-cu illərdə Formula-1-də çıxış etmiş və 2008-ci ildə Kanada yarışında qalib gəlmişdi. Lakin 2011-ci ildə ralli yarışında qəza keçirərək qolunu ciddi zədələyən 32 yaşlı sürücü karyerasını bitirməli olmuşdu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right