Gürcüstanda 2 gümüş

Gürcüstanın paytaxtı Tbilisidə gənc cüdoçular arasında “Zedazeni cup” turniri keçirilib.

 

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının heyətində “Qəbələ” İdman Klubunun gənc cüdoçuları da qonşu ölkədə təşkil olunan yarışda qüvvəsini sınayıb.

 

Təmsilçilərimiz yarışı iki medalla başa vurublar. Rövşən Əliyev (55 kq) və Yaqub Cavadov (66 kq) finaladək bütün rəqiblərini məğlub edib. Yalnız həlledici qarşılaşmada məğlub olan cüdoçularımız Tbilisidə gümüş mükafata yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right