Yığma Bolqarıstana yollanır

İyunun 12-dən 18-dək Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatı keçiriləcək.

Newsport.az-ın məlumatına görə, 15 ölkənin qatılacağı turnirdə Bolqarıstanla yanaşı, Azərbaycan, Türkiyə, Albaniya, Andorra, Böyük Britaniya, İrlandiya, Moldova, Malta, Cənubi Kipr, Gürcüstan, Kosta Rika, Farer adaları, Lüksemburq və Ermənistandan olan komandalar yarışacaq.

16-24 yaşarası gənclərin mübarizə apardığı turnir Qabrovo və Tarnova şəhərlərində keçiriləcək. Hər komandanın heyətində böyük yaş qruplarından üç həndbolçu iştirak edə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right