"Heydər Əliyev kuboku - 2017" keçiriləcək

İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start veriləcək.
 
Newsport.az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcək.
 

İyunun 14-də başa çatacaq turnirdə 100-ə yaxın boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi yarışa baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə qatılacaq.

Qeyd edək ki, 2001-2002-ci il təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right