Taekvondoçularımızdan 17 medal

Azərbaycan yeniyetmə və gənc taekvondoçuları Avstriyanın İnssbruk şəhərindəki açıq birincilikdə 17 medal qazanıb.
 
Newsport.az-ın məlumatına görə, medallardan 11-ni gənclər, 6-nı yeniyetmələr əldə edib. 
 
Gənclərdən ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqşi Məmməd Abdulayev və Zahid Məmmədovun yetirmələrindən Məhəmməd Əlizadə (48 kq) qızıl, Bəhruz Quluzadə (45 kq) və Mehriban Məmmədova (44 kq) gümüş, Xanoğlan Kərimov (48 kq), Mehdi Tağıyev (78 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qənbərli (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Zalikə Babayeva (49 kq), Nərmin Süleymanova (52 kq) və Diana Hacəliyeva (55 kq) bürünc medala yiyələnib. 
 
Yeniyetmələrdən ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və Sənan Həşimovun şans verdiyi taekvondoçulara gəldikdə, Yaşar Məmmədli (45 kq) qızıl, Riyad Şirəliyev (41 kq) və İlahə Quluzadə (59 kq) gümüş, Nihad Əlizadə (33 kq), İsmayıl İsmayılov (41 kq) və Ofeliya Allahverdiyeva (41 kq) gümüş medalla kifayətlənib.
 
Turnirə beynəlxalq dərəcəli hakimlər Gündüz Abdullayev və Ramal Camalov da görüşləri idarə edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right