Faiq Qarayev: "Ritmimizi tapdıq"

"Komandamla qürur duyuram. Qızlarımız cəsur ürəklə oynadılar və heç bir set vermədən 5 görüşün hamısından qalib ayrıldılar".
 
Newsport.az-ın məlumatına görə, bunu Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandasının baş məşqçisi Faiq Qarayev 2018-ci il dünya çempionatına vəsiqə qazanmalarını şərh edərkən deyib. Təcrübəli mütəxəssis seçmə mərhələ çərçivəsində Bakıda keçirilmiş E qrupunun son tur qarşılaşmasında Hollandiyanı 3:0 hesabı ilə yendikləri görüşün çətin alındığını bildirib: "Gərgin keçən ilk setdən sonra öz ritmimizi tapdıq və yekunda rəqibi yendik. Bəli, Azərbaycan dünya çempionatına vəsiqə qazandı. Amma biz tezliklə ilin daha bir məsul yarışı olan Avropa çempionatına hazırlığa başlayacağıq". 
 
Hollandiya millisinin baş məşqçisi Ceymi Morrison isə nəticədən məyus olduqlarını, amma bundan dərs götürmələrinin vacibliyini dilə gətirib. O, Azərbaycanın qrup lideri kimi dünya çempionatına yüksəldiyini, "narıncılar"ın isə qrup ikincisi kimi üçüncü təsnifat mərhələsindən vəsiqə əldə etmək üçün daha yaxşı hazırlaşmasının gərəkliyini vurğulayıb. 
 
Qeyd edək ki, Avropa zonasından Yaponiyada keçiriləcək mundiala hələlik Azərbaycandan əlavə Rusiya və Serbiya da vəsiqəni təmin edib. Qalan 3 birbaşa vəsiqənin taleyinə bu gün aydınlıq gələcək. Hollandiya isə "pley-off"da Çexiya və daha 4 qrupda 2-ci yeri tutan komandalarla birgə son 2 vəsiqə uğrunda mübarizə aparacaq. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right