Millinin heyyəti bəlli oldu

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, 9 gün davam edəcək yarışda ölkə bütün çəkilərdə təmsil olunacaq .
 
Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidova (+91 kq) şans verəcək.  
 
Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını bu gün başa vuracaq yığma üzvləri hazırlığın son mərhələsini Xarkovda keçəcək. Boksçularımız Ukraynaya iyunun 4-də yollanacaqlar. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right