"Qəbələ" cüdoçularından 4 medal

23 yaşadək gənc cüdoçular arasında açıq Bakı birinciliyinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış ediblər. Komandanın üzvləri birincilikdən 4 medalla ayrılıblar.

Cüdoçular 3 qızıl və 1 gümüş mükafata sahib olublar. Yarışın ilk günündə tatami üzərinə çıxan Rəşad Yelkiyev (60 kq) bütün rəqiblərinə qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turnirin ikinci günündə isə 100 kq çəki dərəcəsində “Qəbələ” idmançıları finalda üz-üzə gəliblər. Bu dueldə Vasif Şərbətli İmran Yusifovdan güclü olub. Komandaya daha bir çempionluğu +100 kq çəki dərəcəsində qüvvəsini sınayan Vüsal Orucov qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right