Avropa Çempionatında 1 qızıl, 4 bürünc

Serbiyanın paytaxtı Belqradda yeniyetmələr arasında Avropa çempionatı keçirilib.
 
Newsport.az-ın məlumatına görə, çempionatda iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar.
 
Bütün rəqiblərindən üstün olan Riyad Aslanov (42 kq) çempionatın qızıl medalını qazanıb.
 
Bürünc medalları isə yığmamızın aktivinə Məmməd Əhmədov (53 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov və Fərid Cabbarov (hər ikisi 73 kq) yazdırıblar. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right