İslamiada: Azərbaycanlı idmançı zorxana yarışlarında qalib oldu

İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarında kişilər arasında səngi növü üzrə mübarizədə qızıl medal qazanıb.
 
Newsport.az-ın məlumatına görə, ikinci gününün birinci yarısında idmançılar səngi, milbazi və çərxi-tiz fərdi növləri üzrə məharətlərini nümayiş etdiriblər.
 
Hakimlərin qərarına əsasən, səngi növü üzrə qızıl medala azərbaycanlı Rüfət Gülalıyev layiq görülüb. Gümüş medala iranlı Mobin Zibalağa, bürünc mükafata isə əfqanıstanlı Hakimulla Bigzadə və tacikistanlı Novruz Arabov sahib olublar.
 
Qalib idmançılara medalları İslam Həmrəyliyi İdman Federasiyasının icraiyyə komitəsinin üzvü Salim Musoke təqdim edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right