İslamiada: Atletika yarışlarına yekun vuruldu

İslam Həmrəyliyi Oyunlarının atletika və paraatletika yarışlarına mayın 20-də yekun vurulub. 
 
Newsport.Az-ın məlumatına görə, beş gün ərzində Azərbaycan idmançıları 18 medal (10 qızıl, 4 gümüş və 4 bürünc) qazanıblar.
 
Sonuncu gündə kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medala sahib olub. Digər idmançımız Zeynidin Bilalov isə 5,22 metr nəticə ilə bürünc medal qazanıb. Yarışın gümüş medalına isə 5,28 metr göstərici ilə indoneziyalı Abdul Dalimunte layiq görülüb.
 
Kişilər arasında T12 kateqoriyasında uzunluğa tullanma yarışında isə təmsilçilərimiz - Kamil Əliyev 7,10 metr nəticə ilə gümüş, Oleq Panyutin isə 6,78 metrlə bürünc medala sahib olublar. Yarışın qızıl medalını 7,12 metr göstərici ilə Özbəkistan təmsilçisi Doniyor Salıyev qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right