İslamiada: sərbəst güləşçilərimiz 2 qızıl və 1 gümüş medal qazandı

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır. 

Newsport.az xəbər verir ki, güləş yarışlarının üçüncü günündə 57, 65, 74 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurub. Qızıl medalları yığmamıza 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov və 97 kq çəkidə yarışan Nurməhəmməd Hacıyev qazandırıb. 65 kq çəkidə yarışan Məhəmməd Müslümov isə gümüş medalla kifayətlənib. 

57 kq 
FİNAL - Mahir Əmiraslanov - Z.İsmailov (KAZ) 5:4
1/2 final - Nebi Uzun (TUR) - Mahir Əmiraslanov 
1/4 final - Tambi Nforsong (CMR) - Mahir Əmiraslanov 4:14


65 kq
FİNAL - M. Nasiri (İRİ) - Məhəmməd Müslümov 5:3
1/2 final - Məhəmməd Müslümov - M.J. Sadeed (AFG) - 10:0
1/4 final - Cumba Mabali (GBS) - Məhəmməd Müslümov 0:10
1/8 final - Məhəmməd Müslümov - A.İ. Abbe (CİV) 10:0

74 kq 
1/8 final - P.Yarahmadi (İRİ) - Cəbrayıl Həsənov 3:1

97 kq
FİNAL - Nurməhəmməd Hacıyev - A.Mohammadi (İRİ) 11:2
1/2 final - A. Karem (SYR) - Nurməhəmməd Hacıyev 0:9
1/4 final - Y.Melejayev (TKM) - Nurməhəmməd Hacıyev 1:11





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi AZAL Zirə Kəpəz