Məhəmməd və Mahir finalda YENİLƏNİR

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır. 

Newsport.az-ın məlumatına görəGüləş yarışlarının üçüncü günündə 57, 65, 74 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışır. 

57 kq 

1/4 final - Tambi Nforsong (CMR) - Mahir Əmiraslanov 

65 kq

1/8 final - Cumba Mabali (GBS) - Məhəmməd Müslümov 

74 kq 

1/8 final - P.Yarahmadi (İRİ) - Cəbrayıl Həsənov 

97 kq

1/4 final - Y.Melejayev (TKM) - Nurməhəmməd Hacıyev 

İlkin görüşlər saat 10:00-da, final görüşləri isə saat 18:00-da başlayacaq.

***

Məhəmməd Müslümov 1/8 finalda Fil dişi sahilili Abbe Achi İnnosent üzərində 11:0 hesablı qələbə qazanaraq 1/4 finala adlayıb.

***

Məhəmməd Müslümov 1/4 finalda qabonlu Cumba Mabalini udaraq yarımfinala çıxıb.

***

Cəbrayıl Həsənov 1/8 finalda iranlı Peyman Yarrahmadiyə uduzaraq mübarizəni dayandırıb.

***

Mahir Əmiraslanov 1/4 finalda kamerunlu Tambi Rolanda 16:4 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

***

Məhəmməd Müslümov yarımfinalda qalib gələrək finala adlayıb.

***

Nurməhəmməd Məmmədov 1/4 finalda Türmənistan güləşçisi Yusup Melejayevə qalib gələrək yarımfinala adlayıb.

***

Mahir Əmiraslanov yarımfinalda türkiyəli Uzun Nəbi üzərində 15:2 hesablı qələbə qazanaraq finala adlayıb





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right