Voleybolçularımız İslamiadanın qalibi oldu

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ardıcıl 4 qələbə ilə finala vəsiqə qazanan voleybolçularımız həlledici görüşdə Türkiyə ilə qarşılaşıblar. Komandamız qrupda olduğu kimi həlledici hissədə də rəqibinə şans verməyib. Yığmamız 3:1 hesabı ilə qalib gəlməklə, İslamiadanı birinci pillədə başa vurub.
 
Bürünc medallar uğrunda matçda isə Qırğızıstan Tacikistandan güclü olub.
 
İslam Həmrəyliyi Oyunları
Voleybol, qadınlar


Final
Azərbaycan – Türkiyə - 3:1 (25:12, 23:25, 25:20, 25:21)

Bürünc medal uğrunda oyun
Tacikistan – Qırğızıstan - 0:3 (10:25, 12:25, 16:25)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right