İslamiada: 2 taekvondoçumuz yarımfinalda

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında taekvondo üzrə son yarış gününün görüşlərinə start verilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycanı 5 çəki dərəcəsindən 4-də təmsil edən taekvondoçular da döyüşlərə çıxıb.
 
Yeniyetmələr arasında olimpiya çempionu Səid Quliyev (74 kq) və yeganə qadın dayanq ustası Darya Şkurko ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Əvəzində Məhəmməd Məmmədov (63 kq) və Ramin Əzizov (87 kq) yarımfinala yüksəliblər.
 
Taekvondo
Kişilər
63 kq
1/2 final. Məhəmməd Məmmədov - Alimjan Serikbayev (Qazaxıstan)
1/4 final. Məhəmməd Məmmədov - Omar Hajjami (İndoneziya) - 26:10
1/8 final. Məhəmməd Məmmədov - İbrahim Zarman (İndoneziya) - 9:2
 
74 kq
1/4 final. Səid Quliyev - Toş van Diyk (Surinam) - 19:17
 
87 kq
1/2 final. Ramin Əzizov - Serdar Yüksel (Türkiyə)
1/4 final. Ramin Əzizov - Anas Sadek (İordaniya) - 27:8
 
Qadınlar
62 kq 
1/4 final. Darya Şkurko - Sukayna əl-Auni (Mərakeş) - 8:10
Bakı İdman Zalı
 
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən taekvondo yarışlarında yarımfinal və final mərhələsi saat 18:00-da başlanacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right