Olimpiya çempionumuz meyvə yeyib dopinqə “ilişdi” ŞOK!

London-2012 Yay Olimpiya Oyunlarının çempionu Toğrul Əsgəov dopinqə “ilişib”. 

Newsport.az-ın məlumatına görə, bu səbəbdən o, bir müddət yarışlardan kənarlaşdırılıb.

Güləş Federasiyasının Mətbuat xidmətinin rəhbəri Mayis Musayev Newsport.az-a  bildirib ki, Toğrul Əsgərov həqiqətən dopinqə yaxalanıb: 


“Həmin meyvənin tərkibində isə bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunan higenamin maddəsi var. Yoxlama zamanı Toğrulun orqanizmində qara siyahıya düşmüş maddə tapılıb. Lakin özü bildirib ki, orada olarkən hər hansı başqa maddə və ya tibbi preoparat istifadə etməyib. Həmin maddə Cənub Asiya ölkələrində bitən ekzotik meyvələrin tərkibində olur. O da bilməyərəkdən həmin meyvəni yeyib”.

M.Musayev bildirib ki, Federasiya bunu Antidopinq Agentliyinə yazışmalarla sübut edib: “Biz bildirdik ki, bilməyərkdən meyvəni istifadə etdiyi üçün orqanizmindən həmin maddə tapılıb və heç bir dərmandan istifadə etməyib. Nəticədə Agentlik Toğrulu ən minimal həddə cəzalandırıb və bir il müddətinə bütün oyunlardan kənarlaşdırıb”.

Qeyd edək ki, T. Əsgərov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək güləşçilər arasında yer almayacaq. Siyahıya Azərbaycanın daha 3 güləşçisi də düşüb. Yeniyetmələr arasında dünya çempionatında orqanizmindən furosemid aşkarlanan Fail İsgəndərov 2 il - 9 noyabr 2018-ci ilədək, gənclər arasında dünya çempionatında stanozolol metabolites tapılan Zubair Dibilov 4 oktyabr 2020-ci ilədək, 2015-ci il yeniyetmələrin Avropa çempionatında dopinq-testdən imtina edən Turxan Qurbanov 27 avqust 2019-cu ilədək bütün yarışlardan kənarda qalacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right