“Açıq-saçıq geyimin əleyhinəyəm...” - Qızıl medal qazanan Anastasiya

Bakıda keçirilən IV İslam Oyunlarında qızıl medal qazanan Anastasiya İbrahimli hicabla çıxışına aydınlıq gətirib.

Newsport.az-ın məlumatına görə, idmançı açıqlamasında bir neçə ildir hicab geyindiyini qeyd edib:

 "İslam mənim dinimdir. Artıq bir neçə ildir hicab geyinirəm. Düşünürəm ki, qadının idmançı olub-olmamağından asılı olmayaraq, o, qapalı geyinməlidir. Mən qadınların açıq-saçıq geyiminin əleyhinəyəm".

Xatırladaq ki, A.İbrahimli 69 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. O, İslam Həmrəyliyi Oyunları tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.

Teleqraf.com





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right