2 güləşçimiz finalda, Rəsul Çunayevdən gözlənilməz məğlubiyyət

Azərbaycanın yunan-Roma güləşçiləri Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıblar.

Newsport.az-ın məlumatına görə, final uğrunda mübarizədə R.Hüseynovun rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub. İdmançımız vaxtından əvvəl - 10:1 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin edib.

Orxan Nuriyev isə yarımfinalda Özbəkistan təmsilçisi Rüstəm Assakalova 5:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdırıb.

Digər yunan-Roma güləşçimiz Rəsul Çunayev isə yarımfinal görüşündə məğlub olub.

71 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız iranlı Gerayi Məhəmmədəli ilə qarşılaşmada 5:0 hesabı ilə öndə olsa da, sonda 6 xal qazanan rəqib qarşılaşmanı qalib başa vurub - 5:6.

R.Çunayev təsəlliverci görüşdə bürünc medal uğrunda güləşəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right