Anastasiya İbrahimli: “Qızıl medal qazandığıma görə çox sevinirəm”

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. Bu gün çəkisi 69 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Fidan Hüseynzadə ilə yanaşı Anastasiya İbrahimli də medal mübarizəsi aparıb. Anastasiya birdən qaldırma hərəkətində 100 kq-ı ram edib. Atletimiz təkanla qaldırma hərəkətində isə 119 kq-ı başı üzərinə qaldırdı. Toplam 219 kq (100+119) nəticə göstərən Anastasiya İbrahimli bu çəki dərəcəsində qızıl medala sahib çıxdı. Anastasiya İslam Həmrəyliyi İdman Federasiyalarının tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yenilədi.
 
Newsport.az-ın məlumatına görəİdmançımız yarışdan sonra qızıl medal sevincini AAAF TV ilə bölüşdü:
“İslam Həmrəyliyi Oyunları çox yaxşı təşkil olunub. Mən ölkə prezidentinə və federasiyamızın rəhbərinə təşəkkürümü bildirirəm. Bu gün qazandığım qızıl medal mənim və məşqçimin zəhmətidir. Allaha şükürlər olsun ki, yarışda iştirak etdim və medal qazandım. Buna görə çox sevinirəm”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right