Cüdo yığmamız İslamiadanın qalibi oldu

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
 
Newsport.az-ın məlumatına görə, heyət üzvləri finalda Əlcəzairi üstələyib.
 
Rəqib görüşə 5 yox, 4 cüdoçu ilə çıxdığından, Azərbaycan qarşılaşmaya 1:0 hesabı ilə öndə başlayıb. Bundan sonra Nicat Şıxəlizadə (66 kq) cərimə xalı ilə komandasının üstünlüyünü artırıb. Lakin Rüstəm Orucov (73 kq) ipponla uduzaraq, qələbəni təxirə salıb. 
 
Daha sonra Məmmədəli Mehdiyev (90 kq) tatami üzərinə çıxıb. Görüş vaxtı o, hesabda geridə olduğu vaxt zədələnib. Bununla belə, Mehdiyev döyüşü sarğı ilə davam etdirib. Lakin azərbaycanlı cüdoçu qələbəyə nail ola bilməyib. Beləliklə, hesab bərabərləşib - 2:2. 
 
Nəticədə bütün ümidlər 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauriyə qalıb. Kokauri görüşün əvvəlində fənd tətbiq edərək, vazari xalı alıb. Daha sonra o, ipponla qələbə qazanıb. Bununla da Azərbaycan komandası finalda Əlcəzairi 3:2 hesabı ilə yenərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right