"Çalışacağıq ki, səhvlər etməyək və qələbə qazanaq" Millimizin baş məşqçisi

İslam Həmrəylik Oyunlarında çıxış edən su polosu üzrə Azərbaycan millisi yarışa uğursuz başlayıb.

Millimiz ilk oyunda İrana 10:16 hesabı ilə məğlub olub. İkinci görüşdə komandamız Indoneziya üzərində qələbəyə sevinib. Yığmamız bu matçda 9:7 hesabı ilə rəqibini üstələyib.

3-cü görüşdə isə komandamız Türkiyə ilə üz-üzə gələcək. Matçdan öncə komandamızın baş məşqçisi Ənvər Məhərrəmov newsport.az saytına açıqlama verib: “İlk görüşdə bəzi çatışmazlıqlar oldu. Ona görə də məğlubiyyətə uğradıq. Səhvlərimiz üzərində işlədik və İndoneziyaya qarşı matçda bunun bəhrəsini gördük. Qalib olduq. Bu gün üz-üzə gələcəyimiz Türkiyə millisi isə çətin rəqibdir. Çalışacağıq ki, səhvlər etməyək və qələbə qazanaq. Bunun üçün əlimizdən gələni edəcəyik”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right