Karateçilərimiz bu gün 5 medal qazandı

İslam Həmrəylik Oyunlarında karateçilərimiz bu gün 5 medal qazanıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin tatami üzərinə çıxan 6 idmançısından 5-i yarışı mükafatla başa vurub. Onlar 3 qızıl, 1 gümüş və 1 bürünc medala yiyələnib.

Beləliklə, karateçilərimiz iki gün ərzində 10 mükafat - 5 qızıl, 2 gümüş və 3 bürünc əldə edib. Roman Heydərov hamıdan üstün olub. Kumite yarışlarında isə İrina Zaretska (68 kq) qadınların, Ayxan Mamayev (84 kq) kişilərin yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Fəridə Əliyeva (+68 kq) gümüş medala sahib olub.

Kişilərin +84 kq çəki dərəcəsində çıxış edən Asiman Qurbanlı isə bürünc medal uğrunda qarşılaşmada, qadınların kata yarışlarında çıxış edən Neda Reazi isə yarışı mükafatsız başa vurub.

Qeyd edək ki, karatecilər yarışın ilk günündə 5 medal qazanmışdı. Rafael Ağayev (75 kq), Fəridə Abıyeva (61 kq) qızıl, İlahə Qasımova (55 kq) gümüş, Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) bürünc medal əldə etmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right