Həndbol millimiz İslamiadanın qalibi oldu

"Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında həndbol yarışında final oyunu başa çatıb. 
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığması Türkiyə millisini 28:26 hesabı ilə məğlub edərək, İslamiadanın qızıl medallarını qazanıb. Qalib komandada ən çox - 8 qolu Alla Çernışkova vurub. 
 
Qeyd edək ki, bürünc medalı Özbəkistan üzərində 41:25 hesabı ilə qalib gələn Kamerun yığması qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right