İslamiada: Cüdoçularımızdan İslamiada 13 medal

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən cüdo üzrə Azərbaycan milli komandası 6 qızıl, 7 gümüş medal qazanıb.
Newsport.az-ın məlumatına görə, ikinci yarış günündə 4 medal əldə olunub.
 
90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev finalda əlcəzairli Abderrahman Benamadini 2 dəqiqə 46 saniyəyə ipponla yenib. 100 kq çəkidə yer alan Elxan Məmmədov həlledici görüşdə həmyerlisi Elmar Qasımovu cərimə xalları hesabına üstələyib. Qasımovdan əlavə, daha bir gümüş medalı 78 kq-dan yuxarı çəkidəki qadın cüdoçu İrina Kindzerska qazanıb. O, finalda türkiyəli Kayra Sayitə 2 dəqiqə 27 saniyəyə ipponla uduzub.
 
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçuları 4 qızıl, 5 gümüş medala sahib olublar. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right