Çempionumuz: “Bəziləri mənim bu yarışda iştirakımı istəmirdi”

“Finaldakı rəqibimlə daha əvvəl 4 dəfə qarşılaşmışdıq. Axırıncı dəfə mən qalib gəlmişdim. Ona görə bu dəfəki görüşümüz çox prinsipial əhəmiyyət daşıyırdı”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan cüdoçumuz Məmmədəli Mehdiyev deyib.

Mehdiyev bildirib ki, qalib olmasına baxmayaraq, tam gücünü ortaya qoya bilməyib: “Vətəndə çıxış etdiyim üçün məsuliyyət çox böyük idi. Bütün Azərbaycan baxırdı. Bəlkə də bir qədər həyəcandan tam gücümü ortaya qoya bilmədim. Bütün görüşlərim çətin keçdi. Finalda isə məsuliyyət ikiqat idi”.

Bir müddət əvvəl son Avropa çempionatında komanda yarışında Məmmədəli Mehdiyevin mexaniki səhvindən sonra cəzalanan millimiz bürünc medaldan məhrum olmuşdu. “Bu qələbə ilə günahını yudunmu” sualını cüdoçu belə cavablandırıb: “Bəziləri mənim bu yarışda iştirakımı istəmirdi. Amma məşqçilər sağ olsunlar, mənə şans verdilər. Həmin insanlara sübut etdim ki, mən güclüyəm. Allah onların canını sağ eləsin”. 

Futbolxeber.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right