İslamiada: Lunyovdan növbəti "qızıl"

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın güllə atıcısı Ruslan Lunyov daha bir qızıl medal qazanıb.
Newsport.az-ın məlumatına görə, 28 yaşlı idmançı bu dəfə tapançadan 25 metr məsafəyə sürətli atış yarışında fərqlənib. Seçmə mərhələdə 11 iştirakçı arasında 1-ci yeri tutaraq, finala yüksələn Lunyov həlledici mərhələdə də bütün rəqiblərini üstələyib. Gümüş medalı türkiyəli Murat Kılıç, bürünc medalı isə omanlı Səid əl-Haşmi qazanıb.
 
Qeyd edək ki, Ruslan Lunyov ötən gün 25 metr məsafəyə mərkəzə atış yarışında qızıl medala sahib olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right