İslamiada: Tamerlan Abdullayev 1/4 finala vəsiqə qazandı

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında növbəti döyüşlər keçirilir. Azərbaycan millisinin 1/8 finaldakı sonuncu təmsilçisi Tamerlan Abdullayev bu gün rinqə çıxıb.
 

Newsport.az-ın məlumatına görə69 kq çəki dərəcəsində yarışan boksçumuz türkmənistanlı Muhemmetmirat Sahedovu sınağa çəkib. Abdullayev hər 3 raundda rəqibindən üstün olub və yekunda 5:0 hesabı ilə qələbə qazanıb.
 
O, 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək. Döyüş sabah baş tutacaq.
 
Qeyd edək ki, Tarumalinqam 1/8 finalda qırğızıstanlı Esen Raxmatovu mübarizədən kənarlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right