Gülçin Əlizadə: “Ən güclü rəqiblərim İndoneziya və Türkiyə idmançıları oldu”

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarının ilk günü geridə qaldı. Yarışda çəkisi 53 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Səbinə Əzimova ilə yanaşı Gülçin Əlizadə də təmsil edib. O, birdən qaldırma hərəkətində 70 kq-ı ram edib. Gülçin təkanla qaldırma hərəkətində 86 kq-ı başı üzərinə qaldırıb. Toplam 156 kq (70+86) nəticə göstərən Əlizadə bu çəki dərəcəsində 4-cü yeri tutub.
 
Newsport.az-ın məlumatına görə, O, yarış başa çatan kimi fikirlərini AAAF TV kameralarına danışıb:
 
“Çıxışım xoşuma gəldi və qazandığım nəticə də pis olmadı. Ən güclü rəqiblərim İndoneziya və Türkiyə idmançıları oldu. Hər kəsə təşəkkür edirəm və əziyyətimi çəkən məşqçilərimə də minnətdarlığımı bildirirəm”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right