Mayk Loynd: "İslamiadanın açılışı yüksək səviyyədə təşkil olunub"

Bu gün "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, Əsas Media Mərkəzində baş tutan tədbirdə İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybunn, əməliyyatlar üzrə baş direktor Mayk Loynd və qurumun katibi Könül Nurullayeva iştirak ediblər.

M.Loynd bildirib ki, Bakı Olimpiya Stadionunda baş tutan açılış mərasimi yüksək səviyyədə təşkil olunub. Onun sözlərinə görə, açılış bütün dünyadakı insanların ürəyini fəth edib: "Açılışı yalnız stadiondakı insanlar deyil, 4 qitədən 55 ölkənin vətəndaşları izlədilər. Yarışlar artıq bir neçə gündür başlasa da, bu gün ilk dəfə medallar təqdim olunacaq. Bizi qarşıda çox maraqlı mübarizələr gözləyir”.

Əməliyyatlar üzrə baş direktor Liviya, Sudan və Küveytin İslamiadaya qatılmamalarına toxunub. O, Liviyanın maliyyə çətinlikləri ilə əlaqədar Azərbaycana gələ bilmədiyini söyləyib: "Sudan səbəbləri məlum deyil. Onların Olimpiya Komitəsi ilə danışmalıyıq. Küveyt gəlincə, onların idmançılarına İHİF-nin bayrağı altında çıxış edə bilərdilər. Lakin son anda iştirak etmədilər”.

İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru isə Azərbaycanın İslamiadaya ən böyük heyətlə qatıldığını vurğulamaqla yanaşı, bu gün bəzi idman növlərində medal mərasimlərinin olacağını xatırladıb: "Ən böyük idmançı heyət Azərbaycandadır. Onların sayı 400-dən çoxdur. Ən az gəlincə, bu barədə dəqiq məlumat yoxdur. Çünki son həftədə bununla bağlı dəyişikliklər oldu. İdman yarışlarında əsasən finallar önəmlidir. Bu gün 6 idman növündə medallar təqdim olunacaq. Böyük həvəslə başlayırıq”.

Sportnet.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right