Azərbaycan üçün İslamiadada ilk medal

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə yarımfinal mərhələsinə start verilib. 
 
Newsport.az-ın məlumatına görə, günün ilk oyununda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət yığmaları üz-üzə gəlib. "Sərhədçi" İdman Olimpiya Mərkəzindəki görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Georgi Voronovun baş məşqçi olduğu komanda ilk yarını 24:13 hesabı ilə öndə tamamlayıb . 
 
Fasilədən sonra da hücumlarını davam etdirən yerli həndbolçular yekunda daha böyük fərqlə qalib olublar - 42:25.
 
Bu qələbə sayəsində Azərbaycan millisi finala yüksəlib və ən azı gümüş medalı təmin edib. Bu, medalı təmin edən ilk komanda olub. Həlledici qarşılaşmada rəqib bu gün saat 13:30-da başlanacaq Türkiyə - Kamerun matçının qalibi olacaq. Final görüşü mayın 14-də saat 18:00-da başlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right