İslamiada: Güləş yığmalarımızın heyətləri açıqlandı

"Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığmalarının heyətləri açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından Newsport.az-a verilən məlumata görə, sərbəst güləş yarışlarında milli komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 8 pəhləvan - Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.

Yunan-Roma güləşi yarışlarında yığmanın baş məşqçisi Şaban Donat, böyük məşqçi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 8 idmançı - Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq.

Sərbəst və yunan-Roma güləşçiləri ilk 4 gündə döşək üzərinə çıxacaqlar.

Qeyd edək ki, güləş yarışları 17 - 21 mayda Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Oyunlarda Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaları mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right