İslam Oyunlarının rəsmi açılışı oldu

"Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi başlayıb.
 
Newsport.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda start götürən tədbirdə Prezident İlham Əliyev, İslamiadanın Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, dövlət rəsmiləri, müxtəlif beynəlxalq federasiyaların rəhbərləri, habelə idman ictimaiyyətinin nümayəndələri qatılıb.
 
Tədbirin əvvəlində könüllülərin iştirakı ilə İslam dünyasının simvolu olan aypara təsviri yaradılıb. Görüntülər Azərbaycan bayrağı təsviri ilə yekunlaşıb. Səhnəyə Azərbaycan bayrağı gətirilib, dövlət himninin sədaları altında ucaldılıb.  
 
40 gün əvvəldən başayaraq, ölkənin bütün bölgələrindən su doldurulmuş səhənglər arenaya gətirilib. Daha sonra 54 iştirakçı ölkənin keçidi başlanıb. Sonda Azərbaycan nümayəndə heyəti azarkeşlər önündən keçib. Bayraqdan karate üzrə 5 qat dünya və 10 qat Avropa çempionu Rafael Ağayev olub. O, Müslüm Maqomayevin "Azərbaycan" mahnısı sədaları altında bayrağı daşıyıb. Bu zaman Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayıb. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 olimpiya çempionu, mükafatçısı və dünya çempionu tərəfindən stadiona gətirilərək ucaldılıb. Son olimpiya çempionu Radik İsayevlə 2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı idmançılar və məşqçilər adından and içiblər. 
 
Təşkilat Komitəsinin sədri və Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edib. Qonaqları salamlayan M.Əliyeva Oyunlara ev sahibliyi etməyi böyük şərəf adlandırıb. Bütün uğurlar münasibətilə ölkənin hər bir vətəndaşını təbrik edən Birinci vitse-prezident İslamiadanın təşkilini Bakıya həvalə etdiyi üçün İdman Həmrəyliyi İdman Təşkilatına minnətdarlıq edib.
 
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin Azərbaycana minnətdarlığını bildirərək, yarış iştirakçılarına uğurlar arzulayıb. 
 
Prezident İlham Əliyev İslamiadanı açıq elan edib. 
 
Mis su qabını əlində saxlayan qadın səhnəyə qapıdan daxil olub. O, Azərbaycan komandası stadiona daxil olduğu zaman qarşıda gedən Mina adlı xanım olub. Atletlərin paradı zamanı 56 digər su daşıyıcısı ona qoşulub. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil ediblər. Qadınlar suyu siniyə töküblər və nəticədə gözəl fəvvarə alınıb. İslam aləmi bununla rəmzi olaraq birləşib.
 
Xalq artisti Alim Qasımov minarənin zirvəsində azan oxuyub. Mina Heydər Məscidinə yollanıb. Əllərində fənər tutan yüzlərlə insan ona qoşulub. Hərəkət edən fənərlər sayəsində işıqlandırılmış bəzəklər formalaşıb. Mərasim atəşfəşanlıqla yekunlaşıb.
 
Qeyd edək ki, mayın 22-dək davam edəcək IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkənin 3000-dək idmançısı 21 idman növü üzrə 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışların proqramına bəzi yeni idman növləri də daxil edilib. Bunlar güləş, cüdo, paracüdo, paraatletika, boks, zorxana, atıcılıq, bədii və idman gimnastikasıdır. Komanda idman növlərindən 3X3 basketbol, su polosu, voleybol, həndbol və futbola yer verilib. Həmçinin, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, atletika, taekvondo, ağırlıqqaldırma, karate və uşu üzrə yarışlar baş tutacaq.
 
Yarışlar 17 məkanda Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Mərkəzi, Su Polosu Arenası, Basketbol Arenası, Bayıl Arena, AZAL Arena, Dalğa Arena, Tofiq Bəhramov adına Respublika stadionu, Ağır Atletika Arenası, Bakı İdman Zalı, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, Bakı Kristal Zalı 1, Bakı Kristal Zalı 2, Sərhədçi İdman Kompleksi, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasında keçirilir.
 
Oyunların maskotları - İncə və Cəsur Azərbaycanın milli sərvəti olan Qarabağ atlarıdır. İncə zəriflik və gözəlliyi, Cəsur isə məharət və mərdliyi təcəssüm etdirirlər.
İslamiadanın açılışı mayın 12-nə təyin olunsa da, artıq futbol, həndbol və voleybol yarışlarına start verilib. Bu da Oyunların təqviminin qısa olması ilə əlaqədardır.
Azərbaycan "Bakı 2017”yə ən böyük heyətlə - 500 nəfərlə qatılıb. Onlardan 345-i idmançıdır. İkinci ən geniş heyət isə Türkiyəyə məxsusdur. Qonşu ölkə yarışlarda 339 idmançı ilə təmsil olunacaq.
İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2009-cu ilin oktyabrında İranda reallaşması nəzərdə tutulan növbəti Oyunlar 2010-cu ilin aprelinə təxirə salınıb və sonradan ləğv olunub. Sayca üçüncü İslamiada isə 2013-cü ildə İndoneziyada baş tutub.
Azərbaycan idmançıları ilk İslamiadada 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar. Üçüncü dəfə təşkil olunan Oyunlarda isə 6 qızıl, 9 gümüş və 9 bürünc medal əldə olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right