“Regional İdman Tədbirləri” başa çatıb

“Bakı-2017”, IV İslam Həmrəyliyi Oyunları “Domestic Grassroots” proqramı çərçivəsində “Regional İdman Tədbirləri” həyata keçirilir.

Hər bir region üzrə regionun Olimpiya İdman Kompleksində baş tutan bu tədbirlər məktəblilər arasında idman müsabiqələrinin təşkilini əhatə etməklə, “Bakı 2017”, IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və məktəblilərin idmana cəlbi məqsədini daşıyır.

Proqram çərçivəsində bu zamana qədər aprelin 7-də Naxçıvan, aprelin 9-da Astara, aprelin 11-də Şirvan, aprelin 13-də Sabirabad, aprelin 15-də Ağcabədi, aprelin 17-də Füzuli, aprelin 19-da Gəncə, aprelin 21-də Şirvan, aprelin 23-də Mingəçevir, aprelin 25-də Qax,  aprelin 27-də Qəbələ, aprelin 29-da Qusarda, mayın 1-də Qubada, mayın 3-də Qaradağda və  mayın 5-də Sumqayıtda möhtəşəm tədbirlər baş tutmuşdur.

Sözügedən regionlarda tədbirin açılış mərasimində müvafiq olaraq yerli İcra Hakimiyyəti orqanının vəzifəli şəxsləri, Gənclər və İdman Nazirliyinin rayonlar üzrə nümayəndələri, eyni zamanda “Bakı-2017”, IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin nümayəndəsi, "Domestic Grassroots" layihəsinin rəhbəri Ülviyyə Əkbərova çıxış etmişlər. Onlar öz çıxışlarında İslam Həmrəyliyi Oyunları haqqında geniş məlumat verərək, oyunların ölkəmiz üçün əhəmiyyətindən bəhs ediblər.  

Məlumat üçün qeyd edək ki, sözügedən idman festivallarında İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri Hacı Əliyev, Rəsul Çunayev və “Bakı-2017”, IV İslam Oyunlarının ulduz səfirləri, “Bu Şəhərdə”nin tanınmış simaları – Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasov və eyni zamanda Ulduz Səfirlər Tünzalə Ağayeva, Hacı Nuran Hüseynov iştirak etmişdir.

Hər region üzrə 50 qız və 50 oğlan olmaqla, 100 nəfər şagirdin yarışdığı bu müsabiqədə qalib gələn 1-ci, 2-ci və 3-cü yer sahiblərinə “Bakı-2017”, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən kubok, diplom, kiçik hədiyyələr və 1-ci yeri tutmuş komandanın hər bir üzvünə isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanma mərasiminə biletlər təqdim olunmuşdur.  

Xatırladaq ki, “Domestic Grassroots” proqramı çərçivəsində təşkil olunan “Sport joys – Regional idman tədbiri” may ayının 5-də başa çatmışdır.“Bakı-2017”, IV İslam Həmrəyliyi Oyunları “Domestic Grassroots” proqramı çərçivəsində “Regional İdman Tədbirləri” həyata keçirilir.

Hər bir region üzrə regionun Olimpiya İdman Kompleksində baş tutan bu tədbirlər məktəblilər arasında idman müsabiqələrinin təşkilini əhatə etməklə, “Bakı 2017”, IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və məktəblilərin idmana cəlbi məqsədini daşıyır.

Proqram çərçivəsində bu zamana qədər aprelin 7-də Naxçıvan, aprelin 9-da Astara, aprelin 11-də Şirvan, aprelin 13-də Sabirabad, aprelin 15-də Ağcabədi, aprelin 17-də Füzuli, aprelin 19-da Gəncə, aprelin 21-də Şirvan, aprelin 23-də Mingəçevir, aprelin 25-də Qax,  aprelin 27-də Qəbələ, aprelin 29-da Qusarda, mayın 1-də Qubada, mayın 3-də Qaradağda və  mayın 5-də Sumqayıtda möhtəşəm tədbirlər baş tutmuşdur.

Sözügedən regionlarda tədbirin açılış mərasimində müvafiq olaraq yerli İcra Hakimiyyəti orqanının vəzifəli şəxsləri, Gənclər və İdman Nazirliyinin rayonlar üzrə nümayəndələri, eyni zamanda “Bakı-2017”, IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin nümayəndəsi, "Domestic Grassroots" layihəsinin rəhbəri Ülviyyə Əkbərova çıxış etmişlər. Onlar öz çıxışlarında İslam Həmrəyliyi Oyunları haqqında geniş məlumat verərək, oyunların ölkəmiz üçün əhəmiyyətindən bəhs ediblər.  

Məlumat üçün qeyd edək ki, sözügedən idman festivallarında İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri Hacı Əliyev, Rəsul Çunayev və “Bakı-2017”, IV İslam Oyunlarının ulduz səfirləri, “Bu Şəhərdə”nin tanınmış simaları – Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasov və eyni zamanda Ulduz Səfirlər Tünzalə Ağayeva, Hacı Nuran Hüseynov iştirak etmişdir.

Hər region üzrə 50 qız və 50 oğlan olmaqla, 100 nəfər şagirdin yarışdığı bu müsabiqədə qalib gələn 1-ci, 2-ci və 3-cü yer sahiblərinə “Bakı-2017”, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən kubok, diplom, kiçik hədiyyələr və 1-ci yeri tutmuş komandanın hər bir üzvünə isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanma mərasiminə biletlər təqdim olunmuşdur.  

Xatırladaq ki, “Domestic Grassroots” proqramı çərçivəsində təşkil olunan “Sport joys – Regional idman tədbiri” may ayının 5-də başa çatmışdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right