Atletlər kəndində Azərbaycanın bayrağı qaldırıldı

Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Atletlər kəndində Azərbaycanın dövlət bayrağının qaldırılması və idmançıların salamlama mərasimi təşkil olunub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Respublikasının bayrağı dövlət himninin müşayiəti ilə qaldırılıb.

Atletlər kəndində idmançıları salamlamaqdan məmnunluğunu vurğulayan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov atletləri idman tarixinin bir parçasına çevrildikləri üçün təbrik edərək deyib: 

“İslam ölkələrinin güclü idmançılarını salamlamaqdan çox məmnunam. Əllidən artıq ölkədən üç minədək idmançı IV İslam Həmrəyliyi Oyunlarının medalları uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda layiqli olan qalib gələcək”.

İdmançılara qarşıdakı yarışlarda uğurlar arzulayan IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib: “Adından da göründüyü kimi, Bakı “Küləklər şəhəri”dir. Buna baxmayaraq, paytaxtımız öz gözəlliyi, insanlarının qonaqpərvərliyi və gülərüzlüyü ilə sizin xatirənizdə xoş izlər buraxacaq”.

Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right