Zaqatala cüdoçuları üçün əlamətdar gün

Zaqatalada Azərbaycan Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzi fəaliyyətə başlayıb.

Newsport.az-ın məlumatına görə, çıxış edənlər ölkəmizdə olimpiya hərəkatı və idmanın sürətli inkişafını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar qazandıqları uğurlardan söhbət açıblar.
Zaqatala şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Qeyd edək ki, Zaqatalanın mərkəzində yerləşən zalda həm bu şəhərdən, həm də ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right