5-ci ənənəvi “Zirvə Oyunları” keçirilib

Mayın 4-də AAAF PARK Yaşayış Kompleksinin yarış zalında yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 94 illik yubileyinə həsr olunmuş “V ZİRVƏ OYUNLARI” start götürüb.
Newsport.az-ın məlumatına görə“Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançıların qatıldığı bu yarış artıq böyük ənənə halını almaqdadır.
 
Builki yarışlarda 3 idman növü – ağır atletika, cüdo və bədii gimnastika üzrə medal mübarizəsi olacaq. Yarışlarda Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərdə “Zirvə” Beynəlxalq İdman Klubunun klub və bölmələrinin həkim müayinəsindən kecmiş, dəvət əsasında idmançıları iştirak edə bilərlər.
 
“Zirvə Oyunları”nın keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmancıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
 
Ağır atletika üzrə yarışlar 2005-2007-ci il təvəllüdlü oğlanlar və qızlar arasında hər yaş qrupu üzrə Sinkleyr cədvəli əsasında keçirilib. Yarışda birdən qaldırma və təkanla qaldırma hərəkətlərində dərəcə tələbləri tətbiq olunub.
 
Qızlarda qalib adını İsmayıllı atleti Qarayeva Selcan qazanıb. O, toplam 94 kq (40+54) nəticə və 174.09 xalla qızıl medala sahib çıxıb.
 
2007-ci il təvəllüdü oğlanlarda 61 kq (28+33) nəticə və 194.18 xalla Turan Əliyev, 2006-cı il təvəllüdlü oğlanlarda 83 kq (37+46) nəticə və 219.88 xalla Ravin Alməmmədov, 2005-ci il təvəllüdlü oğlanlarda isə 113 kq (49+64) nəticə və 234.79 xalla Emin Əkbərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right