İslamiada: Azərbaycan yarışlarda 12 taekvondoçu ilə təmsil olunacaq

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək taekvondo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.  

Newsport.az-ın Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yığma İslamiadada 8 kişi və 4 qadın taekvondoçu ilə təmsil olunacaq.  

Kişilər arasında Qaşım Maqomedov (54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsaev (+87 kq) birincilik uğrunda yarışacaqlar. 

Qadınların mübarizəsində isə Azərbaycanı Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.   Qeyd edək ki, taekvondo yarışları 16 - 18 may tarixlərində Bakı İdman Zalında təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right