İslam oyunlarında iştirak edəcək Türkiyənin futbol komandası Azərbaycana gələn həftə gələcək

IV İslam oyunlarında iştirak edəcək Türkiyənin futbol komandası Azərbaycana gələn həftə gələcək.

Newsport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, ümumilikdə Türkiyədən Azərbaycana 500 nəfədən ibarət nümayəndə heyəti gələcək: "Bu da Azərbaycandan sonra ikinci ən böyük nümayəndə heyətidir".

Səfir əlavə edib ki, İslam oyunlarının açılışına Türkiyənin idman nazirin gələcəyi dəqiqdir. Açılış mərasimində Tükiyənin ən yüksək səviyyədə təmsil olunub-olmayacağına barədə suala cavabında isə səfir deyib ki, hələ bununla bağlı qəti bir qərar yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right