Yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib

Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçilər korpusunda dəyişiklik edilib. 

Newsport.az-ın məlumatına görə, Federasiya rəhbərliyinin qərarına əsasən, gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donat böyüklərdən ibarət komandaya baş məşqçi təyin edilib. 
Yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev böyüklərdən ibarət yığmanın böyük məşqçisi təyin edilib. 

Böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi İlqar Abdulov isə gənclərdən ibarət yığmanın böyük məşqçisi kimi fəaliyyət göstərəcək




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right