Cüdo millimiz 4 əcnəbi ilə gücləndi

Azərbaycanın qadınlardan ibarət cüdo üzrə milli komandasının heyəti gücləndirilib. 
Newsport.az saytının məlumatına görə, bundan sonra monqolustanlı cüdoçular Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyanxişiq (52 kq), Munxtsedev İçinxorlu (57 kq) və ukraynalı İrina Kindzerska (+78 kq) millimizin şərəfini qoruyacaq. Azərbaycan Cüdo Federasiyasında yığma komandamızın yeni üzvləri ilə görüş keçirilib. Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov cüdoçulara qarşıdakı İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq yarışlarda uğurlar arzulayıb. Bildirilib ki, milli komandamızın heyətinə yeni cüdoçuların cəlb olunması ölkəmizdə qadın cüdosunun da inkişafına təkan verəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right